Onlayn ictimai-siyasi qəzet
“Xankəndi” futbol klubunun doğma şəhərinə qayıdışı artıq real mərhələyə keçib. Klubun bu ildən ev qarşılaşmalarını Xankəndidə keçirməsi gözlənilir.
Musavat.com bildirir ki, bu barədə klubun mətbuat katibi Günel Abbas məlumat verib.
Onun sözlərinə görə, hazırda klubun doğma şəhərində yerləşən stadionda yenidənqurma və təmir işləri aparılır. Stadionun hazırlıq prosesinin ayın sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Mətbuat katibi qeyd edib ki, təmir işləri tamamlandıqdan sonra Xankəndi şəhər stadionunun rəsmi açılışının keçirilməsi nəzərdə tutulur.
“Xankəndi” FK-nın doğma şəhərdə keçirəcəyi ilk ev matçının vaxtı da məhz stadionun açılış tarixindən asılı olacaq. Bununla Xankəndi şəhər stadionunun istifadəyə verilməsi ilə klubun ev oyunlarını doğma şəhərində keçirməsi üçün əsas maneə də aradan qalxacaq.
Cavanşir Abbaslı
Musavat.com
27 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ