İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaski 6 yaşlı uşağı ayının hücumundan xilas etdi-Videi

ABŞ-də 11 yaşlı Bella adlı xaski altı yaşlı uşağı qara ayıdan qoruyaraq onun həyatını xilas edib.

Musavat.com xəbər verir ki, hadisə Konnektikut ştatının Torrinqton şəhərində baş verib.

İyulun 4-də altı yaşlı Kolton evin həyətində oynayarkən gənc qara ayı ona demək olar ki, lap yaxınlaşıb. Təhlükəni görən 11 yaşlı xaski Bella dərhal ayının arxasınca qaçaraq onu bel nahiyəsindən dişləyib. Bu, yırtıcının qorxaraq ərazidən qaçması üçün kifayət edib.

Təhlükəsizlik kamerasının qeydə aldığı görüntülərdə Bellanın ayını təqib etdiyi və onu evdən uzaqlaşdırdığı görünür.

Uşağın atası bildirib ki, Bella həmişə uşaqların yanında olur və bundan əvvəl də bir neçə dəfə onlarla tanımadığı şəxslərin arasına keçərək qoruyucu mövqe tutub.

Ştat rəsmiləri cəsarətinə görə Bellanı rəsmi fəxri fərmanla təltif ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR