Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidentinin baş müşaviri Cared Kuşner, Böyük Britaniyanın sabiq baş naziri Toni Bler və Sülh Şurasının (Board of Peace) icraçı direktoru Nikolay Mladenov Qüdsdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə yüksəksəviyyəli görüş keçiriblər.
Musavat.com xəbər verir ki, Birləşmiş Ştatların dəstəklədiyi və Qəzza üzrə hazırlanan 15 maddəlik "yol xəritəsi" ətrafında aparılan bu danışıqlar nümayəndə heyətinin Misirdə HƏMAS rəhbərliyi ilə keçirdiyi görüşün ardınca baş tutub.
Yayılan məlumatlara görə, HƏMAS silahların təhvil verilməsini və bölgənin silahsızlaşdırılmasını nəzərdə tutan sülh təşəbbüsünü dəstəkləsə də, Binyamin Netanyahu planı rəsmən rədd edərək İsrail qoşunlarının çıxarılmasının yalnız qruplaşmanın tam və real tərksilahından sonra mümkün olacağını bildirib.
Qərb diplomatik mənbələri tərəflər arasında prinsipial fikir ayrılıqlarının böyüdülməməsinə çağırış edərək, əsas məqsədin sənədin formal imzalanması deyil, Ağ Evin planı üzrə irəliləyişə nail olmaq və konkret addımları sürətləndirmək olduğunu vurğulayırlar.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ