Onlayn ictimai-siyasi qəzet
Aparıcı Zaur Kamal sosial şəbəkə hesabında izləyicilərinə və sənət adamlarına mühüm xəbərdarlıq edib.
Musavat.com-un xəbərinə əsasən, aparıcı bildirib ki, naməlum şəxslər oğlunun adından istifadə edərək müğənnilərə zəng vurur və müxtəlif bəhanələrlə pul tələb edirlər.
Zaur Kamal bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlayıb və hər kəsi ehtiyatlı olmağa çağırıb.
Aparıcı paylaşımında bunları yazıb:
"Diqqətinizə çatdırmaq istəyirəm ki, oğlumun adından istifadə edib müğənnilərə zəng edərək pul istəyirlər. Artıq polisə müraciət etmişəm. Qətiyyən inanmayın və diqqətli olun".
O, paylaşımında həmin zənglərin edildiyi iddia olunan mobil nömrəni də qeyd edərək, bu nömrədən gələn zənglərə etibar edilməməsini tövsiyə edib.
Zaur Kamal izləyicilərini və xüsusilə şou-biznes nümayəndələrini bu cür dələduzluq cəhdlərinə qarşı ayıq-sayıq olmağa çağırıb.
Könül
Musavat.com
15 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ