İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəngəzur yolu”na rəhbərlik üçün Trampa rüşvət?!

ABŞ-ın regional investisiya fonduna rəhbər təyin etdiyi biznesmen Konstantin Sokolov Ermənistanın strateji mədən yatağını alıb, sanksiyalı Rusiya bankı ilə sövdələşib və Trampın siyasi düşərgəsinə milyonlarla dollar ianə edib


ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqazda investisiya layihələrini maliyyələşdirmək üçün yaratdığı Transxəzər Sahibkarlıq Fondunun (TRIPP+) rəhbəri Konstantin Sokolov ətrafında diqqətçəkən faktlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, ABŞ-ın “Talking Points Memo” (TPM) nəşrinin araşdırmasına görə, Rusiya əsilli amerikalı biznesmen Donald Trampın siyasi düşərgəsinə böyük ianələr etdikdən sonra region üzrə mühüm investisiya təşəbbüsünə rəhbər təyin edilib.(mənbə-haqqın.az) Eyni zamanda, onun idarə etdiyi şirkət ABŞ-ın sanksiyalar tətbiq etdiyi Rusiyanın VTB bankına məxsus olmuş Ermənistanın Təhut mis-molibden yatağını əldə edib.

Araşdırmada bildirilir ki, Sokolov ABŞ prezident ziyafət zalı layihəsinə ianə etdikdən sonra onun biznesi çiçəklənib: Maliyyə Nazirliyi onun idarə etdiyi şirkətə Rusiyaya qarşı beynəlxalq sanksiyalardan yayınmaq üçün lisenziya verib. Dövlət Departamenti onu Qafqazda investisiya fondunun idarə olunması üçün təyin edib.

TPM-in əldə etdiyi sənədlərə görə, Sokolovun idarə etdiyi Texasda qeydiyyatdan keçmiş “Dynamic Frontier Holdings” şirkəti ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsindən (OFAC) xüsusi lisenziya alıb. Şirkət 2025-ci il oktyabrın 27-də müraciət edib, lisenziya isə 2026-cı il yanvarın 5-də verilib. Nəşrin danışdığı ekspertlər bu müddəti qeyri-adi dərəcədə qısa hesab ediblər. Şirkət sonradan Ermənistanın iri mədən aktivlərindən olan Təhut yatağını əldə edib.

VTB bankına ABŞ 2022-ci ildə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra sanksiyalar tətbiq etmişdi. Bununla belə, xüsusi lisenziyanın verilməsi özlüyündə qanunsuzluq demək deyil. Əsas suallar icazənin hansı meyarlarla verilməsi və Sokolovun sonradan regional investisiya fonduna rəhbər təyin olunmasının onun şəxsi biznes maraqları ilə necə uzlaşdırılması ətrafındadır.

Sokolovun Ermənistandakı biznes maraqları Təhut yatağı ilə də məhdudlaşmır. 2024-cü ildə o və həmsərmayədarı Çje Çjan Kiprdə qeydiyyatdan keçmiş “Fedilco” şirkəti vasitəsilə Ermənistanın “Viva” telekommunikasiya operatorunda pay əldə ediblər.

Выходец из России возглавил фонд Госдепа США для «Маршрута Трампа» | ИА  Реалист

Şirkətin əvvəlki sahibi Rusiyanın MTS telekommunikasiya qrupu olub. Bu sövdələşmə Ermənistanın Rusiya biznesindən asılılığını azaltmaq və Qərb investisiyalarını cəlb etmək səyləri fonunda baş verib.

Təhut yatağının alınması isə Sokolovun regiondakı mövqeyini daha da diqqətçəkən edir. Belə ki, o, bir tərəfdən Ermənistanın iri sənaye aktivlərindən birinə sahib olan şirkətlə əlaqəlidir, digər tərəfdən həmin ölkəni və Azərbaycanı əhatə edən regional investisiya təşəbbüsünə rəhbərlik edir. Bu iki istiqamətin kəsişməsi fondun gələcək investisiya qərarlarında şəffaflıq məsələsini ön plana çıxarır.

Sokolovun biznes keçmişi ilə bağlı da suallar var. TPM-in araşdırmasına görə, onun 2025-ci ilə qədərki fəaliyyəti barədə açıq mənbələrdə məlumatlar məhdud olub. O, 1997-ci ildə ABŞ-a köçüb, Çikaqo Universitetinin Booth Biznes Məktəbində təhsil alıb, daha sonra Rusiya və Avropada investisiya layihələrində iştirak edib. 2008-ci ildə Rusiyada biznes tərəfdaşı ilə investisiya şirkəti yaradıb. İsveçrədə qeydiyyatdan keçmiş Gotthard investisiya şirkətinin sənədlərində isə 2011-ci ildə onun Moskvada yaşayan Rusiya vətəndaşı kimi göstərildiyi bildirilir.
Picture background

Bununla belə, onun sərvətinin hansı mənbələr hesabına və hansı mərhələlərdə formalaşdığı barədə tam mənzərə açıq deyil. Sokolovun nümayəndəsi TPM-ə bildirib ki, biznesmenin fəaliyyəti ilə bağlı bəzi bioqrafik məlumatlar eyni adlı başqa şəxslə qarışdırıla bilər. Nəşr isə araşdırmasında bu şəxslərin fərqləndirilməsi üçün ad, ata adı, doğum ili və təhsil məlumatlarını müqayisə etdiyini yazıb.Sokolovun ABŞ-dakı siyasi ianələri də diqqət çəkir. TPM-in məlumatına görə, o, 2025-ci ildən etibarən respublikaçılara və bu siyasi düşərgə ilə əlaqəli qurumlara 14 milyon dollardan çox vəsait ayırıb. Həmin il Çikaqo Universitetinin Booth Biznes Məktəbinə də 100 milyon dollar ianə edib. O, həmçinin Ağ Evdə yeni ziyafət zalının tikintisinə maliyyə töhfəsi verən şəxslər arasında göstərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR