Onlayn ictimai-siyasi qəzet
Türkiyəli sənətçi İbrahim Tatlısəs keçmiş meneceri Şule Yazarın etdiyi şikayət əsasında ifadə verib.
Musavat.com xəbər verir ki, Tatlısəs şübhəli şəxs qismində ifadə vermək üçün İzmir Ədliyyəsinə çağırılıb.
Məlumata görə, Şule Yazarın şikayəti əsasında İbrahim Tatlısəs haqqında “başqasına məxsus əmlakı təhvil almağa və əmlakın alınmasına mane olmağa cəhd” maddəsi ilə istintaq başladılıb. Şikayətə səbəb olan hadisənin Yazarın adına qeydiyyatda olan Konak rayonundakı bir hotellə bağlı olduğu bildirilib.
Tatlısəs ona irəli sürülən ittihamları qəbul etməyib. Onun da Şule Yazar barəsində şikayət etdiyi qeyd olunub.
Musavat.com
05 Iyul 2026
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ