İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan ABŞ-a hədə: 2 trilyon dollarlıq infrastrukturu hədəf alacağıq

ABŞ-ın İranın müharibəni dayandırmaq və Hörmüz boğazını açmaq üçün yeddi şərtinə verdiyi cavab Tehranı qane etmir.

Musavat.com xəbər verir ki, bu iddia ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi çıxış edib.
O, özünə məxsus X hesabında bu barədə paylaşım edib: "ABŞ İranın yeddi şərtindən bəziləri ilə razılaşıb, lakin biz onların cavabını qeyri-kafi hesab edirik. İran diplomatiyası dəyişib və əvvəlki vəziyyətə qayıtmaq mümkün olmayacaq".

Rzayi həmçinin xəbərdarlıq edib ki, İrana qarşı daha bir hücum ABŞ-ın regionda yerləşən və dəyəri 2 trilyon dollardan çox olan texnoloji infrastrukturuna zərər verə bilər: "Biz hələlik bu aktivləri hədəf siyahımıza daxil etməmişik. Lakin müharibə başlayarsa, bu kabellərin, məlumat mərkəzlərinin, süni intellekt qurğularının və bir çox digər aktivlərin çoxu məhv ediləcək".

Qeyd edək ki, prezident Donald Tramp İranın 7 bəndlik təklifini rədd etdiyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR