İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə "Trampı" soyundurdular – 2,5 metrlik qalmaqallı qızıl heykəl - VİDEO

Avropa Parlamentində ABŞ Prezidenti Donald Trampın çılpaq şəkildə təsvir olunduğu nəhəng qızılı heykəl nümayiş etdirilib.

Musavat.com xəbər verir ki, 2,5 metr hündürlüyündə olan heykəl danimarkalı rəssam Yens Qalskiot tərəfindən hazırlanıb.

“Portağal vəbası” adlandırılan heykəldə Donald Tramp tamamilə çılpaq vəziyyətdə, başqa bir şəxsin çiyinlərində oturmuş formada təsvir edilib. Onun əlində isə qolf çomağı var.

Heykəlin qızılı rəngi və Trampın qeyri-adi vəziyyətdə təsvir olunması əsərin diqqətçəkən xüsusiyyətlərindəndir.

Qeyd edək ki, Yens Qalskiot siyasi və ictimai mövzulara həsr olunmuş provokativ heykəlləri ilə tanınır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR