İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Xameneiyə SƏRT XƏBƏRDARLIQ: “Tramp sizi öldürəcək” - VİDEO

ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem İranın ali lideri Əli Xameneiyə sərt xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, etirazçılara qarşı repressiyaların davam etməsi Xameneinin fiziki aradan qaldırılmasına gətirib çıxara bilər.

“Anlamalısınız ki, əgər öz xalqınızı, daha yaxşı həyat istəyən insanları öldürməyə davam edəcəksinizsə, Donald Tramp sizi məhv edəcək”, - deyə Qrem bildirib.

Senator əlavə edib ki, İran böyük dəyişikliklərin astanasındadır və bu, “Yaxın Şərq tarixindəki ən böyük dəyişikliklər” olacaq.

Qrem İran hakimiyyətini “nasist rejimi” adlandırıb və vurğulayıb ki, İran xalqına dəstək “artıq yoldadır”.

Xatırladaq ki, İranda kütləvi etirazlar artıq onuncu gündür ki, davam edir. Bu səhər etirazçılar birbaşa ABŞ prezidenti Donald Trampa müraciət edərək yardım istəyib.

İran mediasının məlumatına görə, artıq 2 mindən çox etirazçı həbs edilib, 36 nəfərin isə, o cümlədən iki təhlükəsizlik və hüquq-mühafizə işçisinin həyatını itirdiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR