Onlayn ictimai-siyasi qəzet
Qusarda qonşusunu telefonla çəkən qadın döyülüb.
Hadisə rayonu Gədəzeyxur kəndində baş verib.
Kənd sakini, 1977-ci il təvəllüdlü Rəvanə Abdullayevanın (soyad şərtidir - red.) saxladığı qazlar qonşusu Aynurənin həyətinə gələn su arxını mütəmadi olaraq bulandırıb. Aynurə bu barədə dəfələrlə Rəvanəyə müraciət etsə də, qonşusu onun bu iradı ilə razılaşmayıb və mübahisə yaranıb.
Bir neçə gün öncə Aynurə kürəkəni ilə birlikdə həmin su arxını təmizləyərkən Rəvanə hadisə yerinə gəlib. O, arxın təmizlənməsinə mane olub, həmin arxı yenidən zibillərlə doldurmağa başlayıb. Aynurə özünə məxsus telefonla Rəvanənin bu hərəkətlərini videoya çəkməyə başlayıb. Bundan əsəbiləşən Rəvanə əlindəki ağacla Aynurəyə hücum edərək, onu döyməyə başlayıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, Rəvanə Abdullayeva saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə R.Abdullayeva 260 saat ictimai işlər cəzasına məhkum edilib və ona elektron nəzarət qolbağı tətbiq edilib.//Oxu.az
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ