İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məhsullarla bağlı VACİB MƏLUMAT - Artım var!

Azərbaycanda avtomobil, dərman və tekstil istehsalında ciddi artım qeydə alınıb. Bununla belə, ümumilikdə sənaye sektorunda istehsal ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 51,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz azdır.

Emal sənayesində isə əksinə, artım müşahidə olunub. Belə ki, hesabat dövründə bu sahədə 16 milyard 982,9 milyon manatlıq məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib. İstehsalın həcmi illik müqayisədə 3,4 faiz artıb.

Ən böyük artım avtomobil, qoşqu və yarımqoşquların istehsalında qeydə alınıb. Bu sahədə istehsal 76,8 faiz, əczaçılıq məhsullarının istehsalı 60,4 faiz, toxuculuq sənayesi isə 47,6 faiz artıb.

Bundan başqa, tütün məmulatlarının istehsalı 16 faiz, kağız və karton istehsalı 14,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 8,5 faiz, elektrik avadanlıqlarının istehsalı 8 faiz, tikinti materiallarının istehsalı 7,1 faiz, qida məhsullarının istehsalı 6,4 faiz, metallurgiya sənayesi isə 6,1 faiz artıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR