Onlayn ictimai-siyasi qəzet
Belçikanın müdafiə naziri Teo Franken hesab edir ki, Avropada Rusiyadan qorxu o qədər də böyük deyil, insanlar daha çox qanunsuz miqrantlardan qorxurlar.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nazir bu fikri onlayn yayımlanan Varşava Təhlükəsizlik Forumunda çıxış edərkən bildirib. O deyib: "Əgər həmvətənlərimdən onlar üçün ən böyük təhlükənin nə olduğunu - Rusiya, yoxsa qanunsuz immiqrasiya - soruşsaydım, düşünürəm ki, immiqrasiya qalib gələrdi".
Qeyd edək ki, son illərdə Avropada immiqrasiyaya qarşı çıxışlar şiddətlənib. Ölkələrin ictimaiyyətləri hökumətlərə miqrantlara qarşı sərt qanunlar qəbul etməyi, ölkəyə qəbul etməməyi, hətta çoxdan sığınacaq alanların bir çoxunu ölkədən qovmağı tələb edirlər.
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ