Onlayn ictimai-siyasi qəzet
BMT Baş Assambleyasının 81-ci sessiyası zamanı İran prezidenti Məsud Pezeşkianın təhlükəsizliyini ABŞ Gizli Xidməti təmin edəcək.
Musavat.com xəbər verir ki, bu barədə CNN nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, İran nümayəndə heyətinin digər üzvlərinin mühafizəsinə isə ABŞ Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidməti cavabdeh olacaq.
Genişmiqyaslı təhlükəsizlik tədbirlərinə federal hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, Nyu-York Polis Departamentinin Kəşfiyyat Bürosu, polis detektivləri və magistral yol patrul xidmətinin əməkdaşları da cəlb olunacaq.
ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, İran rəsmilərinə ölkəyə giriş icazəsi yalnız BMT-də İranı təmsil etmək məqsədilə verilib.
Xüsusi xəbərdarlıqda onların fəaliyyətinin yalnız BMT ilə bağlı məsələlərlə məhdudlaşdırılmalı olduğu vurğulanıb.
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ