İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən İrana qarşı ŞOK ÇAĞIRIŞ: “Etirazçıları və kürdləri silahlandırın!”

ABŞ senatoru Ted Kruz İran hökumətinin devrilməsi üçün İran daxilindəki etirazçıların və kürd qüvvələrinin silahlandırılmasını təklif edib.

Musavat.com "Azad Iran"a istinadən xəbər verir ki, Kruz ABŞ prezidenti Donald Trampı və administrasiyasını İran rejiminə qarşı çıxan qüvvələrə silah verməyə çağırıb.

“Trampı və onun administrasiyasını etirazçıları və kürdləri silahlandırmağa çağırıram ki, İran xalqı bu rejimi özü devirə bilsin. Söhbət ABŞ Quru Qoşunlarının göndərilməsindən getmir, söhbət İran xalqının özünün hərəkətə keçməsindən gedir”, - deyə senator bildirib.

Kruzun sözlərinə görə, ABŞ-ın İranın gələcək hakimiyyətinin necə olacağını müəyyənləşdirməsi düzgün deyil. Lakin senator hesab edir ki, İranda Amerikaya nifrət edən və amerikalıları öldürməyə çalışan radikal teokratik hakimiyyət olmamalıdır.

Kruz daha əvvəl də İran rejiminin çökməsinin ABŞ-ın əsas məqsədlərindən biri olmalı olduğunu bildirib və iranlı etirazçıların silahlandırılmasını təklif edib

@@TVmusavat/154163@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR