İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dəniz Qüvvələri İranın 23 ticarət gəmisini geri qaytarıb

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının blokadasının bir hissəsi olaraq artıq İranla əlaqəli 23 ticarət gəmisinin hərəkətini dayandırıb.

Musavat.com xəbər verir ki, məlumat ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında yer alıb: "Blokada başlayandan bəri 23 gəmi ABŞ qüvvələrinin təlimatlarına tabe olaraq geri dönüb".

Pentaqon ABŞ qüvvələrinin Hörmüz boğazının blokadasını tətbiq etmək üçün heç vaxt bir gəmiyə çıxmadığını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl "The Wall Street Journal" ABŞ ordusunun Fars körfəzindən kənarda İranın ticarət gəmilərinə desant çıxararaq onları həbs etməyə hazırlaşdığına dair məlumat yayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR