İnsanlara hürriyət, millətlərə istiqlal!

Soçiyə pilotsuz qayıq hücumu: Məşhur müğənninin konserti yarımçıq qaldı

Ötən gecə Ukrayna Soçiyə dronlar və pilotsuz qayıqlarla hücum edib.

Musavat.com Krasnodar Diyarının Baş Qərargahının məlumatına istinadən xəbər verir ki, hücum nəticəsində şəhərin sahilində yanğın baş verib: "İlkin məlumata görə, bir nəfər yaralanıb. Hadisə yerində təcili yardım və xüsusi xidmət orqanları işləyir".

Hücuma görə rusiyalı müğənni Tatyana Bulanovanın başlanmaqda olan konserti yarımçıq dayandırılaraq ləğv edilib.

Krasnodar xüsusi təyinatlı qüvvələri daha sonra yaralı sayının səkkizə çatdığını, onlardan 5-nin xəstəxanaya yerləşdirildiyini elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR