İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada 26 aeroport təyyarələrin yanacaq doldurulmasını məhdudlaşdırır

Rusiyanın hava limanlarında təyyarələrin yanacaq doldurulmasına məhdudiyyətlər kütləvi şəkildə tətbiq olunur.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 7 sentyabr tarixinə olan məlumata görə, bu cür tədbirlər ölkənin ən azı 26 böyük hava limanında qüvvədədir.

Bildirilir ki, ilk məhdudiyyətlər iyun ayında, ikinci dalğa isə sentyabr ayında tətbiq edilib. Məhdudiyyətlərin qüvvədə olma müddəti hava limanından asılı olaraq bir aydan təxminən yeddi aya qədər müəyyən edilib.

Xüsusilə, Sankt-Peterburqdakı Pulkovo hava limanında 2 sentyabr - 16 mart 2027-ci il tarixləri arasında təyyarələrə yalnız uçuş planında göstərilən miqdarda yanacaq doldurulmasına icazə verilir. Əlavə yanacaq əldə etmək imkanı məhduddur.

Oxşar prosedur 8 iyun - 6 dekabr tarixlərində Kalininqraddakı Xrabrovo hava limanında qüvvədə olacaq. Bu iki hava limanında məhdudiyyətlər həm Rusiya, həm də xarici aviaşirkətlərə bərabər şəkildə tətbiq olunur.

26 hava limanından 15-də tədbirlər yalnız xarici aviaşirkətlərə şamil olunur. Pilotlara verilən NOTAM-larda xarici aviaşirkətlərin təyyarələrə yalnız bir uçuş üçün lazım olan miqdarda yanacaq doldura biləcəyi göstərilir.

Bu cür məhdudiyyətlər Kazan, Ufa, Perm, Yekaterinburq, Çelyabinsk, Tümen, İrkutsk, Vladivostok, Xabarovsk və Yakutsk kimi şəhərlərin hava limanlarında qüvvədədir. Qeyri-müntəzəm uçuşlar həyata keçirən təyyarələrin yanacaq doldurulması da Ufada məhdudlaşdırılıb.

“Verstka”nın məlumatına görə, aviasiya yanacağı ilə bağlı ən çətin vəziyyət Rusiyanın cənubunda müşahidə olunur. Hazırda fəaliyyət göstərən altı hava limanında məhdudiyyətlər həm yerli, həm də xarici aviaşirkətlərə şamil olunur. Xarici aviaşirkətlər üçün Krasnodar, Mineralnıye Vodı və Vladikavkaz hava limanlarında məhdudiyyətlər tətbiq edilib.

Rusiyadakı yanacaq çatışmazlığı Ukrayna dronlarının neft emalı zavodlarına zərbələri ilə əlaqələndirilir. Nəşrin məlumatına görə, ilin əvvəlindən bəri Rusiyanın neft emalı zavodlarına ən azı 70 dəfə zərbə endirilib.

Avqustun sonuna qədər Rusiyada benzin istehsalının daxili istehlakın təxminən 70%-ni təşkil etdiyi və gündəlik kəsirin 30 min tona çatdığı bildirilib. Təkcə avqust ayında ən azı yeddi neft emalı zavodu fəaliyyətini tamamilə və ya qismən dayandırıb və ölkənin 17 bölgəsində yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR