İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni iPhone almaq üçün yemədən-içmədən neçə gün işləmək lazımdır? – Rusiyada hesabladılar

Apple payız təqdimatında şirkətin ilk qatlanan smartfonu - iPhone Duo-nu təqdim edib.

Musavat.com xəbər verir ki, yeni modelin Rusiyada gözlənilən qiyməti kifayət qədər yüksəkdir.

Analitiklər Rusiyanın müxtəlif regionlarında median əməkhaqqını və vergilər çıxıldıqdan sonra qalan gəliri nəzərə alaraq, iPhone Duo almaq üçün neçə gün işləmək lazım olduğunu hesablayıblar.

Hesablamaya görə, orta statistik rusiyalı bütün qazancını kənara qoysa, yeni qatlanan iPhone üçün təxminən 99 gün işləməlidir. Bu müddətdə gündəlik yaşayış, ərzaq və digər xərclərə pul sərf edilmədiyi nəzərdə tutulur.

Apple 2022-ci ildən Rusiyaya məhsullarını birbaşa tədarük etmir. Buna görə yeni cihazların ölkəyə paralel idxal yolu ilə gətiriləcəyi gözlənilir.

İlkin qiymətləndirmələrə əsasən, iPhone 18 Pro 256 GB Rusiyada 147–175 min rubl (təxminən 3 087–3 675 manat), iPhone 18 Pro Max 157–190 min rubl (təxminən 3 297–3 990 manat), qatlanan iPhone Duo isə 245–300 min rubla (təxminən 5 145–6 300 manat) satıla bilər.

Yeni iPhone üçün ən az işləməli olanlar Moskva və Sankt-Peterburq sakinləridir. Moskvada bunun üçün orta hesabla 57 gün, Sankt-Peterburqda isə 73 gün bütün gəliri toplamaq tələb olunur.

Digər regionlarda vəziyyət daha ağırdır. Rusiyanın bir sıra bölgələrində iPhone Duo üçün 100–120 günlük əməkhaqqı lazım gəlir. Ən yüksək göstərici Volqoqrad vilayətində qeydə alınıb: median maaşla yaşayan sakinin yeni telefonu almaq üçün təxminən 131 gün bütün qazancını toplaması tələb olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR