İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Nəbiyev “Huawei Technology” şirkətinin baş vitse-prezidenti ilə görüşdü - FOTOLAR

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Huawei Technology” şirkətinin baş vitse-prezidenti Filip Qanla görüşüb.

Musavat.com xəbər verir ki, görüşdə Azərbaycanla “Huawei” arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, xüsusilə süni intellekt, data mərkəzləri, 5G və bulud texnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Eyni zamanda insan kapitalının inkişafı, birgə təlim və sertifikasiya proqramlarının təşkili, Azərbaycanda “Huawei”nin regional rəqəmsal və əməliyyat mərkəzinin, eləcə də birgə innovasiya mərkəzinin yaradılması imkanları barədə fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR