İnsanlara hürriyət, millətlərə istiqlal!

18 İLLİK HƏSRƏTƏ SON! - "Fənərbaxça" Çempionlar Liqasında "Roma" ilə matçda tək xal aldı

UEFA Çempionlar Liqasının ilk həftəsində "Fənərbaxça" öz meydanında İtaliyanın "Roma" komandası ilə 1:1 hesablı heç-heçə edib.

Musavat.com  "Haber Global"a istinadən xəbər verir ki, "Fənərbaxça"nın 18 ildən sonra UEFA Çempionlar Liqasındakı ilk qolunu 48-ci dəqiqədə Arçi Braun vurub.

"Roma"nın qoluna isə 39-cu dəqiqədə Brayan Kristante imza atıb.

"Fənərbaxça"nın yarımmüdafiəçisi Bartuğ Elmaz "Roma"ya qarşı oyunda ilk "11-lik"də yer alıb. 23 yaşlı futbolçu 62-ci dəqiqədə yerini Levent Mərcana güzəştə gedib.

Sarı-lacivertli komandada UEFA tərəfindən 2 oyunluq cəzalandırılan Matteo Qenduzi ilə yanaşı, müalicəsi davam edən Marko Asensio da bu çətin qarşılaşmada komandasına kömək edə bilməyib.

"Fənərbaxça" azarkeşləri "Roma" ilə oyuna böyük maraq göstəriblər. Tribunaları tamamilə dolduran sarı-lacivertli azarkeşlər matçdan öncə  komandalarına dəstək olublar.

"Roma" azarkeşləri də qonaq sektorunun böyük hissəsini doldurublar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR