Onlayn ictimai-siyasi qəzet
Ermənistan yaxın illərdə kosmik sənayeni inkişaf etdirməyi və üç yeni peyki orbitə çıxarmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə keçirilən kosmik sammitdə bildirib.
Paşinyanın sözlərinə görə, planlaşdırılan üç peykdən ikisi Yerin müşahidəsi və monitorinqi ilə məşğul olacaq, üçüncü peyk isə rabitəni təmin edəcək.
“Biz yalnız Ermənistanın ehtiyaclarına xidmət etməyəcək, həm də beynəlxalq kosmik missiyalara dəstək verə biləcək paylanmış yerüstü stansiyalar şəbəkəsi yaratmağı planlaşdırırıq”, - Paşinyan bildirib.
Beləliklə, İrəvan yaxın illərdə həm Yer səthinin kosmosdan monitorinqi, həm də peyk rabitəsi imkanlarını genişləndirməyi qarşıya məqsəd qoyub.
Musavat.com
11 Sentyabr 2026
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ