İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada müxalifətdən seçicilərə çağırış: Bülletenləri korlayın

Rusiyanın “Yabloko” partiyası Dövlət Dumasına seçkilər ərəfəsində tərəfdarlarına “B planı” təqdim edib. Partiya öz namizədinə səs vermək mümkün olmadığı hallarda seçki bülleteninin qəsdən etibarsız hala salınmasını tövsiyə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Yabloko” bununla bağlı tərəfdarlarına xüsusi müraciət yayıb.

Partiya seçiciləri birmandatlı dairələrdə “Yabloko” namizədlərinə, Novqorod və Tomsk vilayətlərinin qanunverici orqanlarına seçkilərdə isə partiya siyahılarına səs verməyə çağırıb.

Bunun mümkün olmadığı hallarda “Yabloko” bülletenin korlanmasını məsləhət görüb. Partiya bunu etibarsız bülletenlərin də səsvermənin yekun protokolunda ayrıca nəzərə alınması ilə əsaslandırıb.

“Yabloko” eyni zamanda tərəfdarlarını elektron səsvermədən imtina etməyə, yalnız kağız bülletendən istifadə etməyə və seçki məntəqəsinə məhz sentyabrın 20-də getməyə çağırıb. Partiyanın fikrincə, bu taktika mümkün saxtalaşdırmalar üçün “daha az imkan” saxlayacaq.

Elektron səsvermədə iştiraka məcbur edilən şəxslərə isə məntəqələr bağlanmazdan 10-15 dəqiqə əvvəl gəlib kağız bülleten götürmək, lakin orada heç bir işarə qoymamaq tövsiyə olunub. Partiya belə bülletenin məntəqədən çıxarılması, yoxsa boş şəkildə seçki qutusuna atılması məsələsinə aydınlıq gətirməyib.

“Yabloko” bəyan edib ki, partiyaya və onun namizədlərinə qarşı “misli görünməmiş təzyiqlərə” baxmayaraq, seçicilərin öz mövqelərini nümayiş etdirmək imkanları qalır.

“Qalan hər şey təcavüz və repressiyaların davam etməsinin altına atdığınız şəxsi imzanızdır”, – partiyanın müraciətində bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR