Onlayn ictimai-siyasi qəzet
2025-ci ildə dünya üzrə ev təsərrüfatlarının ümumi sərvəti rekord həddə – 570 trilyon dollara çatıb.
Musavat.com xəbər verir ki, ən böyük pay ABŞ-ın üzərinə düşüb. Bu ölkədə ev təsərrüfatlarının xalis aktivləri 175 trilyon dollar qiymətləndirilir ki, bu da dünya üzrə ümumi göstəricinin təxminən 31 faizini təşkil edir.
İkinci yerdə 75 trilyon dollarla Çin qərarlaşıb. Sonrakı yerləri Almaniya – 23 trilyon dollar, Yaponiya – 22 trilyon dollar və Fransa – 16 trilyon dollarla tutur.
ABŞ və Çinin payına birlikdə 250 trilyon dollar düşür. Bu, dünya üzrə ev təsərrüfatlarının ümumi sərvətinin təxminən 44 faizi deməkdir.
Müqayisə üçün, 2000-ci ildə dünya üzrə ev təsərrüfatlarının sərvəti təxminən 130 trilyon dollar idi. Beləliklə, son 25 ildə bu göstərici dörd dəfədən çox artıb.
McKinsey-nin hesablamalarına görə, 2025-ci ildə ev təsərrüfatlarının sərvəti ÜDM-dən daha sürətlə artıb. Bu yüksəlişdə əsas rolu səhmlərin dəyərinin bahalaşması oynayıb.
Musavat.com
11 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ