Onlayn ictimai-siyasi qəzet
İstanbulda manual terapiya seansı faciəli sonluqla bitib. Boyun ağrısı şikayəti ilə özünü fizioterapevt olaraq tanıdan Şenol Karataşa müraciət edən 42 yaşındakı TIR sürücüsü Fərat Topay edilən sərt müdaxilədən sonra qəfil pisləşib.
Dərhal xəstəxanaya çatdırılan Fərat Topayın beynində damarların tıxanması nəticəsində 5 yerdə qan laxtalanması baş verdiyi müəyyən edilib. Reanimasiya şöbəsində həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra nəzarətə alınan saxta mütəxəssis Şenol Karataş ifadəsində sadəcə masajist vəsiqəsi olduğunu və təxminən 6 ildir masajla məşğul olduğunu etiraf edib. Şübhəli şəxs barəsində "ehtiyatsızlıqdan ölümlərə səbəb olma" maddəsi ilə cinayət işi başlanaraq həbs edilib.
Mütəxəssislər xüsusilə boyun bölgəsinə qeyri-peşəkar və sərt şəkildə edilən bu cür müdaxilələrin ciddi damar zədələnmələrinə, iflicə və qaçılmaz ölümə yol aça biləcəyi barədə ciddi xəbərdarlıq edirlər.//Nocomment.az
11 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ