İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacıqabulda ağır qəza, 1 ölü, 2 yaralı var

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində İmişli rayon sakini, 1979-ci il təvəllüdlü Qasımova Sayad Abdulla qızı ölüb, Türkmənistan vətəndaşları 1958-ci il təvəllüdlü Tağıyev Elbrus və 1957-ci il təvəllüdlü Tağıyeva Nailya xəsarətlərlə Şirvan Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR