Onlayn ictimai-siyasi qəzet
Türkiyədə məşhur müğənni Güllünün müəmmalı ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.
Musavat.com xəbər verir ki, sənətçinin qızı Tuğyan Ülkem Gülterin ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edildiyi bildirilir.
Yayılan məlumata görə, oktyabrın 9-da Yalovada keçirilən ikinci məhkəmə iclasında hökm elan olunub.
Məlumatda bildirilir ki, məhkəmə Tuğyan Ülkem Gülteri anasını qəsdən öldürməkdə təqsirli bilib və ona ağırlaşdırılmış ömürlük həbs cəzası verib.
Xatırladaq ki, əsl adı Gül Tut olan müğənni Güllü 2025-ci il sentyabrın 26-da Türkiyənin Yalova vilayətinin Çınarcık rayonunda yaşadığı binanın altıncı mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılaraq həyatını itirib.
Hadisə zamanı sənətçi evdə qızı və onun rəfiqəsi ilə birlikdə olub. İlkin mərhələdə ölümün bədbəxt hadisə nəticəsində baş verdiyi ehtimal edilsə də, sonradan aparılan istintaq zamanı Güllünün qızı tərəfindən pəncərədən itələndiyi versiyası irəli sürülüb.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ