İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa baş naziri və müdafiə nazirini öldürmək planı -saxlanılan var

Polşada baş nazir Donald Tusk və müdafiə naziri Vladislav Kossenyak-Kamışa sui-qəsd planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkənin cənub-qərbində saxlanılan kişinin 60 yaşı var.

"Hücumla hədələyən bir kişi saxlanılıb. Polisə çevik və qətiyyətli hərəkətlərinə görə təşəkkür etmək istəyirəm", - Polşa baş naziri bildirib.

Daxili işlər naziri Marsin Kervinski bildirib ki, hüquq-mühafizə orqanları şübhəlinin əlaqələrini və onlayn fəaliyyətlərini yoxlayır. Nazirliyin sözçüsü Karolina Qaletska onun evində axtarış aparıldığını deyib.

Təhlükəsizlik xidmətlərinin nümayəndələri işə ciddi yanaşdıqlarını vurğulayıblar.

Kervinski bildirib ki, mümkün sui-qəsd cəhdində xarici qüvvələrin iştirakı barədə danışmaq hələ tezdir. O bildirib ki, ilkin məlumata görə, şübhəli "ultra-radikal dairələrlə" əlaqəli ola bilər və müxtəlif şəxslərlə əlaqələri olub.

Donald Tusk 2023-cü ilin dekabrından bəri Polşanın baş naziridir. Vladislav Kossenyak-Kamış həmçinin müdafiə naziri və baş nazirin müavinidir.

Polşa Ukraynanın Avropadakı əsas tərəfdaşlarından biridir və Kiyevə hərbi və humanitar yardımın çatdırılması üçün mühüm tranzit ölkəsi rolunu oynayır.

Tusk sentyabr ayında kəşfiyyat məlumatlarına istinadən Rusiyanın Polşa da daxil olmaqla, Ukraynanı dəstəkləyən ölkələrə qarşı dron və raketlərdən istifadə edərək hibrid hücumlar planlaşdırdığı barədə xəbərdarlıq edib. Varşava dəfələrlə Moskvanı təxribatda ittiham edib və Rusiya rəsmiləri bu ittihamı rədd edib.

Lakin hazırkı işin Rusiya və ya başqa bir xarici ölkə ilə əlaqəli olduğuna dair heç bir təsdiq yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR