İnsanlara hürriyət, millətlərə istiqlal!

"Uşaqlarımızın təhsili siyasi marağa qurban verilməməlidir"

"Azərbaycanın suverenliyini, dünyəvi dövlət quruluşunu və milli maraqlarını qorumaq hər birimizin məsuliyyətidir. Hər kəsin öz düşüncəsi və inancı ola bilər. Lakin bu, ictimai qarşıdurmaya səbəb olmaq, məktəbləri ideoloji mübarizə meydanına çevirmək üçün əsas deyil".

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva sosial şəbəkədə yazıb.

Məktəblərdə geyim qaydaları haqda məsələyə münasibət bildirən ifaçı bunları əlavə edib:

"Azərbaycanın daxili məsələləri kənar təsirlərlə deyil, ölkəmizin qanunları çərçivəsində həll olunmalıdır. Uşaqlarımızın təhsili və cəmiyyətimizin sabitliyi heç bir siyasi və ideoloji marağa qurban verilməməlidir. Fərqli düşünə bilərik, amma bizi birləşdirən dəyər Azərbaycandır!"

Könül
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR