İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın mövqeyini sərt tənqid edib.

Musavat.com xəbər verir ki, Zelenski Ukraynanın güclü tərəfdaşını itirmək təhlükəsi ilə üzləşdiyini, lakin ölkəsinin geri çəkilməyəcəyini bildirib.

Nüfuzlu britaniyalı jurnalistə müsahibəsində Zelenski Trampın Ukrayna ilə bağlı mövqeyindən narazılığını ifadə edib.

“Güclü tərəfdaşımızı itirməyimiz təəssüf doğurur. Amma indi zəiflik göstərə bilmərik. Biz sağ qalmalıyıq”, – deyə Ukrayna lideri bildirib.

Zelenski Trampın ətrafındakı müşavirləri də tənqid edib:

“Əgər neytral mövqe tutursansa, ona sadiq qalmalısan, yanlış tərəfə keçməməlisən. Düşünürəm ki, Trampın müşavirləri səhv edirlər. Onu kimin yanlış tərəfə yönəltdiyini bilmirəm. Amma bu, tarixin dayanmalı olduğun tərəfi deyil”.

Ukrayna Prezidenti ölkəsinin taleyinin siyasi və iqtisadi sövdələşmə predmetinə çevrilə bilməyəcəyini xüsusi vurğulayıb:

“Qulaq asın, dostlar, bizim üçün bu, biznes deyil. Bu, bizim həyatımızdır”.

Zelenski eyni zamanda amerikalı milyarder İlon Maska müraciət edərək Ukraynada Starlink peyk rabitəsinin fəaliyyətinin təmin olunmasını istəyib.

“Düşünürəm ki, bu, dürüst, ədalətli və tərəfdaşlıq münasibətlərinə uyğun addım olardı”, – deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 14-nə keçən gecə Ukraynada Starlink terminallarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edib. Ukrayna müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko bildirib ki, terminallar saatda 160 kilometrdən yüksək sürətlə hərəkət zamanı rabitəni itirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR