Onlayn ictimai-siyasi qəzet
Diddi Fort-Dix həbsxanasında narkobaron tərəfindən döyülüb — Baş nahiyəsindən xəsarət alıb
"TMZ" portalının məlumatına görə, amerikalı repçi Diddi (Sean Diddy Combs) cəza çəkdiyi Fort-Dix həbsxanasında narkobaron tərəfindən hücuma məruz qalıb və başı yarıılıb.
Musavat.com xəbər verir ki, hadisəyə səbəb repçinin həbsxanadakı dəbdəbəli həyat tərzi olub. Belə ki, Diddinin bu davranışı digər məhbusları daim çətin vəziyyətdə qoyub.
Mənbənin bildirdiyinə görə, mühafizəçilər həbsxanada iki dəfə reyd keçirərək bütün məhbusların əlindəki qadağan olunmuş əşyaları müsadirə ediblər. Bundan sonra 23 il həbs cəzası çəkən "Dudus" ləqəbli narkobaron repçi ilə haqq-hesab çəkib və nəticədə Diddiyə həkim tibbi yardımı göstərilməli olub.
Qeyd olunur ki, Diddi həbsxanaya düşdükdən sonra qaydaları pozmaqda davam edib. O, iki dəfə dava salıb, dəfələrlə telefonla yaxalanıb və cəza təcridxanasına düşüb.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ