İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna dronu Rusiyanın döyüş helikopterini havada parçaladı – Zərbə anı - VİDEO

Ukrayna hərbçilərinin Rusiyaya məxsus Mi-28 döyüş helikopterini dronla vurmasını əks etdirdiyi bildirilən videogörüntülər yayılıb.

Musavat.com xəbər verir ki, 14 oktyabr tarixində yayılan görüntülərdə Ukraynaya məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı havada hərəkət edən Rusiya helikopterinə yuxarıdan yaxınlaşaraq zərbə endirir.

Kadrlarda dronun helikopterdən daha yüksəkdə uçduğu və hədəfə doğru istiqamətləndiyi görünür. Görüntülərin Ukrayna hərbçilərinin Rusiya aviasiyasına qarşı həyata keçirdiyi əməliyyatı əks etdirdiyi bildirilir.

Mi-28 Rusiyanın əsas hücum helikopterlərindən biridir. NATO təsnifatında “Havoc” adlandırılan bu helikopter zirehli texnikanın, yerüstü mövqelərin və digər hərbi hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub.

Helikopter 30 millimetrlik avtomatik top, idarəolunan tank əleyhinə raketlər və idarəolunmayan raketlərlə silahlandırıla bilir. Mi-28-in müxtəlif modifikasiyaları Rusiya ordusunun Ukraynadakı hərbi əməliyyatlarında istifadə olunur.

Ukrayna Silahlı Qüvvələrinin 115-ci əlahiddə mexanikləşdirilmiş briqadasının məlumatına görə, əməliyyatı “Pribultsi” adlı zenit-raket divizionunun FPV dron operatorları həyata keçiriblər.

Ukrayna tərəfi vurulan helikopterin modernləşdirilmiş Mi-28NM modeli olduğunu və ekipajının da həlak olduğunu bildirir.

Ukrayna mediasının yaydığı məlumatlara əsasən, helikopter aşağı hündürlükdə tarlalar və meşə zolaqları üzərində uçarkən dron tərəfindən təqib edilib. Dron hədəfə yaxınlaşdıqdan sonra onun kamerasından görüntü kəsilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR