İnsanlara hürriyət, millətlərə istiqlal!

Murat Boz: “Studiyanı su basıb, təcili kömək edin”

 Türkiyəli müğənni Murat Boz İstanbulda güclü leysan səbəbindən çətin vəziyyətlə qarşılaşıb.

Musavat.com xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, yağış nəticəsində olduğu studiyanı su basıb, ərazidə elektrik enerjisi kəsilib və yüzlərlə insan binada köməksiz vəziyyətdə qalıb:

“Yolu iki metr hündürlüyündə su basıb. Studiyaya da su dolur, hərəkət edə bilmirik. Xanımları ara mərtəbəyə çıxarmışıq. Orada ən çox 30-35 nəfər qala bilər. İçəriyə su dolmaması üçün dua edirik. Burada yüzlərlə insan var. Qapının arxa tərəfini də su basıb. Təcili yardım və təxliyə tələb edirik. Hər yer su altındadır, studiyaları su basır, elektrik kəsilib. Yüzlərlə əməkdaşla birlikdə biz də burada köməksiz qalmışıq. Səlahiyyətli şəxslərdən təcili dəstək gözləyirik”.

Könül

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR