Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Azərbaycanın vahid məktəbli forması tələblərinə əməl olunması ilə bağlı qərarını dəstəkləyib və bunu mühüm, cəsarətli addım adlandırıb.
Musavat.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Saakaşvilinin sözlərinə görə, bu qərar Azərbaycanın dünyəvi dövlət kimi mövqeyinin möhkəmləndirilməsinə yönəlib.
Saakaşvili, həmçinin İranı Gürcüstanda yaşayan azərbaycanlıların radikal islamlaşmasını fəal şəkildə həyata keçirməkdə ittiham edib.
“Bu arada, artıq Azərbaycana təsir rıçaqlarına malik olmayan İran Gürcüstanda yaşayan azərbaycanlıların radikal islamlaşmasını fəal şəkildə həyata keçirir. Bu, Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ölümcül təhlükə yaradır. Buradakı radikal islamçılar həm Gürcüstan, həm Azərbaycan, həm də bütövlükdə region üçün təhlükədir”, - deyə siyasətçi paylaşımında bildirib.
Etibar Seyidağa,
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ