Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukraynanın yeni liderə ehtiyacı olduğunu söylədikdən sonra, əsas Avropa ölkələri Ukrayna prezidenti Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful, Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq, Fransa prezidenti Emmanuel Makron ölkələrinin Ukrayna və Zelenskinin yanında olmağa davam edəcəklərini bildiriblər.
Zelenski özü də müharibə bitməzdən əvvəl yeni prezident seçkiləri keçirməyə hazır olduğunu, lakin 60 günlük atəşkəs tələb etdiyini bildirib. “Əgər prezident Tramp həqiqətən seçki vasitəsilə dəyişiklik istəyirsə - və mən bu barədə onun komandasına demişəm - xahiş edirəm, Putinə deyin: bizə iki ay, 60 gün vaxt verin ki, nəfəsimizi dərək. 60 gün ərzində tam atəşkəs olsun və biz seçki keçirək”, - deyə Zelenski bildirib.
Zelenskinin seçkilərə hazırlıq məqsədilə 60 günlük atəşkəs tələbi ilə bağlı Peskov bildirib ki, Ukrayna prezidentinin bu müddətə seçkilər üçün deyil, "güc toplamaq, yaraları sağaltmaq və müharibəni davam etdirmək" üçün ehtiyacı var. O, Putinin "Ukraynaya seçki günü, yalnız seçki günü zərbə endirməmək əmri verməyə razı olacağını bildirib.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ