İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan qonşularına XƏBƏRDARLIQ: “Müharibə başlasa, torpaqlarınıza daxil olacağıq!”

İran yeni hərbi münaqişə alovlanacağı təqdirdə region ölkələrinə onların ərazisində quru əməliyyatlarına başlamaq ehtimalı ilə bağlı xəbərdarlıq göndərib.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadən məlumat yayıb.

Tehran həmçinin ərəb rəsmilərinə Səudiyyə Ərəbistanının neft infrastrukturunun hücuma məruz qala biləcəyinə dair siqnal verib.

Bu isə husilərin Səudiyyə Ərəbistanının sənaye obyektlərinə endirdiyi hücumların miqyasını əhəmiyyətli dərəcədə genişləndirmək gücündədir.

Eskalasiya baş verəcəyi təqdirdə İran qüvvələri Qərbi Asiyada ABŞ-nin hərbi varlığına qarşı fəaliyyətini aktivləşdirməyi planlaşdırır.

Xüsusilə, söhbət ABŞ hərbi gəmilərinin batırılması və göyərtədə olan dənizçilərin məhv edilməsi cəhdlərindən gedir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR