İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Qırğız İnkişaf Fondu ilə bağlı önəmli qərar

Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisdə ratifikasiya edilib.

Musavat.com-un məlumatına görə, layihə barədə deputat Zaur Şükürov danışıb.

Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanunla təsdiq edilməsi nəzərdə tutulan “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş” də həmçinin Prezident cənab İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində 31 iyul tarixində Çolpon-Ata şəhərində imzalanıb:

“Preambula və iki maddədən ibarət olan saziş Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalını artırmaq məqsədi daşıyır. 2022-ci il 11 oktyabr tarixli Sazişə əsasən təsis edilmiş və mənzil-qərargahı Bişkek şəhərində yerləşən Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalı ilkin olaraq 25 milyon ABŞ dolları təşkil edirdi və 2024-cü il aprelin 24-də imzalanmış Əlavə sazişlə bu məbləğ 100 000 000 (yüz milyon) ABŞ dolları”, yeni dəyişikliyə əsasən isə, “200 000 000 (iki yüz milyon) ABŞ dolları” həcmində müəyyən edilir”.

Zaur Şükürov qeyd edib ki, Fondun nizamnamə kapitalının 4 il ərzində 8 dəfə artırılması heç şübhəsiz iki qardaş və müttəfiq dövlətin davamlı olaraq ticari-iqtisadi əlaqələrinin inkişafı və birgə layihələrin həyata keçirilməsində niyyət və marağının ifadəsidir:

“Xatırlatmaq istərdim ki, bir az öncə ratifikasiya etdiyimiz “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında saziş”in 10-cu maddəsində də qeyd olunur ki, iki ölkə arasında iqtisadi əməkdaşlığa yardım məqsədilə Tərəflər Azərbaycan-Qırğız İnkişaf Fondunun potensialının artırılması üçün səylər göstərəcklər. Əminliklə söyləyə bilərik ki, məhz müttəfiqlik münasibətləri haqqında Müqavilənin qüvvəyə minməsi də Azərbaycan-Qırğız İnkişaf Fondunun vəsaitlərinin səmərəli və məqsədyönlü şəkildə qarşılıqlı maraq doğuran prioritet layihələrə yönəldilməsinə və son nəticədə ticari-iqtisadi əlaqələrimizin inkişafına əlverişli imkanlar açacaq”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR