İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi” 5 min manat cərimə ödəyəcək

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda Misli Premyer Liqasının 7-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar çıxarılıb.

“Araz-Naxçıvan”-“Kəpəz” oyununda hesab tablosu işləmədiyinə görə “Araz-Naxçıvan” klubu 2000, “Neftçi”-“Sabah” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000, oyunda “Sabah” 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” 700, "İmişli”- “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 2500 manat cərimələnib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR