İnsanlara hürriyət, millətlərə istiqlal!

Boşandıqdan bir həftə sonra eks-xanımının toyuna getdi - FOTO

Hollivud aktyoru, "Hörümçək-adam" filminin ulduzu Tobi Maquayr keçmiş həyat yoldaşı Cennifer Meyerin toy mərasimini idarə edib. 

Cennifer milyarder Ceffri Oqunlesi ilə nikah masasına əyləşib. Mərasim Cenniferlə Tobinin rəsmi boşanmalarından cəmi bir həftə sonra olub.

Məclis Havay adalarında yerləşən hotellərdən birində keçirilib. Qonaqlar arasında Tobi Maquayr və Cennifer Meyerin övladları Rubi və Otis də olub.

Qonaqlar arasında dostları Leonardo Di Kaprio, Vittoriya Çeretti, Ceff Bezos, Loren Sançez, Kortni Koks, Reyçel Zoi və bir çox başqa məşhurlar da yer alıb.

Qeyd edək ki, Tobi Maquayrla Cennifer hələ 2016-cı ildə, 9 illik evlilikdən sonra ayrılıblar. Lakin onların rəsmi boşanması yalnız bu ilin sentyabrında baş tutub. Keçmiş cütlüyün iki övladı var. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR