İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Türkiyədə "Qalatasaray" və İspaniyanın "Barselona" komandası arasında keçiriləcək matçla bağlı qara bazarda bilet satışına qarşı əməliyyat keçirilib.

İstanbul Polis İdarəsinin İdman Təhlükəsizliyi Şöbəsinin əməkdaşları İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə araşdırmaya başlayıblar. Araşdırma zamanı şübhəlilərin şəxsiyyəti və ünvanları müəyyən edilib. Nəticədə 9 şübhəli saxlanılıb və dindirilmək üçün polis idarəsinə aparılıblar.

Qeyd edək ki, oktyabrın 13-də İstanbulda yerləşən "RAMS Park" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq./milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR