Onlayn ictimai-siyasi qəzet
Novoxaxtinsk Neft Məhsulları Zavodunun neft bazası tamamilə yanıb
Ukraynanın zərbəsindən sonra Novoxaxtinsk Neft Məhsulları Zavodunun "Yuq Rusi" transfer neft bazasının rezervuar parkı yanıb, orada tərkibində yanacaq olan zədələnməmiş tutum qalmayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatda terminalın zərbədən əvvəlki ötürücülük qabiliyyətinin ildə 2,5 milyon ton neft məhsulu təşkil etdiyi bildirilir. Həmçinin qeyd olunur ki, terminalın sahilində eyni vaxtda 3-5 min ton su tutumuna malik iki gəmi ola bilər.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ