İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan cüdoçuları rekorda İMZA ATDI

Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizəni yeddi medalla başa vurublar.

Musavat.com-un məlumatına görə, medallardan birinin əyarı qızıl, ikisi gümüş, dördü isə bürünc olub.

Oktyabrın 4-də start verilən yarışın ilk günündə Əhməd Yusifov (60 kq) dünya çempionu adını qazanıb.

Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, komandamız indiyə qədər dünya çempionatlarında 7 medal qazana bilməmişdi.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatına sabah qarışıq komanda yarışı ilə yekun vurulacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR