Onlayn ictimai-siyasi qəzet
"Mançester Siti"nin qapıçısı Canluici Donnarumma karyerasını Türkiyədə davam etdirə bilər.
İnformasiyanı "TEAMtalk" yayıb.
Mənbənin məlumatına görə, "Qalatasaray" italiyalı qapıçını transfer etməkdə maraqlıdır.
İstanbul nəhəngi onun transferi üçün tezliklə rəsmi təklif göndərməyə hazırlaşır. Baxmayaraq ki, Donnarummanı "Real Madrid", "Mançester Yunayted", "Çelsi", "Bayern Münhen" və "Yuventus" kimi nəhənglər də heyətinə qatmaq istəyir. Potensial namizədlərin sayının çox olması onu əldə etməyi çətinləşdirə bilər.
Donnarummanın satışa çıxarılması "Mançester Siti"dəki vəziyyətdən asılı ola bilər. İngiltərə klubu Premyer Liqanın maliyyə qaydalarının mümkün pozulması ilə bağlı işdə müstəqil komissiyanın qərarından apellyasiya şikayəti verib. Bu prosesin son nəticəsi və onun mümkün nəticələri "şəhərlilər"in planlarına təsir göstərə bilər. (fanat.az)
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ