Onlayn ictimai-siyasi qəzet
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri tibbi xidmətlər göstərilib.
Hazırda hər iki pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ