Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş zamanı Kanada Baş naziri Mark Karni “Ukraynanın müdafiəsini və uzunmüddətli təhlükəsizliyini gücləndirmək üçün əlavə investisiyalar" elan edib.
Musavat.com Kanada Baş nazir ofisinin açıqlamasına istinadən xəbər verir ki, bura ilk növbədə Amerika JUMPSTART mexanizmi çərçivəsində hava hücumundan müdafiə sistemləri üçün vacib tutucuların təchizatı üçün 253 milyon dollar aiddir.
Ottava həmçinin "Ukraynanın təhlükəsizlik arxitekturasının potensialının gücləndirilməsinə" təxminən 16,6 milyon dollar ayıracaq və əlavə 7,2 milyon dollar onun enerji infrastrukturunun dəstəklənməsinə yönəldiləcək.
Bundan əlavə, qışın yaxınlaşması ilə Ottava Avropa Yenidənqurma və İnkişaf Bankına Kiyevin enerji təhlükəsizliyini dəstəkləmək, o cümlədən qaz və generatorların alınması üçün təxminən 314,4 milyon dollar dəyərində yeni kredit zəmanətləri verəcək.
Musavat.com
11 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ