İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə 11 sentyabr TƏŞVİŞİ

Bu gün İsrail İrandan ona hücum olacağını gözləyir. Tehranın yəhudi Yeni ili – Roş-Ha-Şana günlərində genişmiqyaslı zərbə endirə biləcəyi ehtimalı var. İsrail mətbuatında hücum vaxtı 11–13 sentyabr tarixləri göstərilir.

İsrail-İran atəşkəsinin müddəti barədə ziddiyyətli fikirlər səslənir... -  Baki-Xeber.com

“Svobodnaya Pressa” xəbər verir ki, İsrail hakimiyyətinin bu xəbərdarlığı artıq ölkənin müdafiə naziri İsrael Kats tərəfindən də səsləndirilib. Kats İranın yəhudi bayramları zamanı hücum etməsinin mümkünlüyünü istisna etməyib. İsrail müdafiə naziri daha sonra ordunun rəhbərliyi qarşısında çıxışında İranın ağır iqtisadi təzyiq altında olduğunu və bunun Tehranda daha riskli qərarlara səbəb ola biləcəyini iddia edib.

Hərbi ekspert Ramil Məmmədli İranın İsrailə hücumunu istisna edir. Onun sözlərinə görə, hazırda müharibə ABŞ ilə gedir və İsrail proseslərindən kənarda qalmaqdadır.

“İran bayram günlərində bu hücumu həyata keçirməyəcək. Bu, İsraili qəzəbləndirmək və ikinci cəbhə açmaq deməkdir. Eyni zamanda, Tehran ona hücum edildikdə cavab verir. İndi İsrailə zərbələr endirmək üçün hər hansı əsas yoxdur. Üstəgəl, İranın vəziyyəti siyasi-iqtisadi cəhətdən ağırdır, indi ona yeni müharibə lazım deyil. Amma İsrail müdafiə nazirinin açıqlaması yəhudi kəşfiyyatının informasiyalara malik olmasından irəli gəlir. Görünür, İsrail İranla hibrid savaşda belə bəyanat vermək niyyətinə düşüb. Bu, həm də yəhudi cəmiyyətinə verilən mesajdır, yəni daxili auditoriyaya hesablanıb”,_ deyə hərbi analitik belə şərh edib.

İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib

Ramil Məmmədlinin sözlərinə görə, İsrail İrana qalib gələ bilməyib və hədəflərinə çatmayıb:

“Netanyahu əsas hədəfin rejiminin dəyişməsi olduğunu vurğulayıb. Amma fevraldan bəri genişmiqyaslı zərbələr İranda teokratik sistemin dəyişməsinə səbəb olmadı. Əksinə, SEPAH qeyri-məhdud iqtidara yiyələndi. İkincisi, İsrailin şərtləri qəbul olunmadı və İran uranın zənginləşdirilməsini davam etdirir. Bundan başqa, İranın raket arsenalının genişlənməsinin qarşısını almaq məqsədi və tələbi var idi, Tehran bu şərtləri də qəbul etmədi. Ona görə də İsrail İranda yalnız mühüm fiqurları öldürməklə kifayətlənə bildi”.

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Sentyabr 2026

11 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR