İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ordusunda hələ də Xocalı caniləri var – TƏHLÜKƏ

Ermənistan baş naziri Nikol Paşinyan tez-tez çıxışlarında hüquq-mühafizə orqanlarında, orduda keçmiş hakimiyyətlə əlaqəli şəxslərin qaldığını deyir və onların müəyyənləşdirilməsini tələb edir. Baş nazir yenə eyni fikirləri dilə gətirib.

Paşinyanın şübhələri əsaslı hesab edilə bilərmi?

Xocalı qatilləri Azərbaycana ekstradisiya edilir? - Proses başlayır... |  Modern.az

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, sistem daxilində Robert Köçəryan, Serj Sərkisyan hakimiyyətindən qalma kadrların qalması mümkündür:

“2018-ci il məxməri inqilabından sonra Ermənistan dövlət aparatında tam kadr dəyişiklikləri baş verməyib. Xüsusilə təhlükəsizlik strukturlarında və orduda bir neçə onillik ərzində formalaşmış peşəkar kadr korpusunu qısa müddətdə tamamilə dəyişmək praktiki olaraq mümkün deyil. Ermənistanın daxili təhlükəsizlik strukturlarında əməkdaşların əhəmiyyətli hissəsi məhz Robert Köçəryan və Serj Sərkisyanın hakimiyyəti dövründə karyera qurmuş şəxslərdən ibarət olub. Xüsusilə Serj Sərkisyan uzun illər müdafiə və milli təhlükəsizlik strukturlarında yüksək vəzifələr tutub. Buna görə həmin dövrdə yetişmiş zabitlərin, generalların və təhlükəsizlik əməkdaşlarının bir qisminin əvvəlki siyasi elita ilə şəxsi və peşəkar əlaqələrinin olması mümkündür. Bu baxımdan, Paşinyanın “sistemdə keçmiş hakimiyyətlə bağlı şəxslər qala bilər” ehtimalını tamamilə rədd etmək düzgün olmaz. Ona görə də Paşinyanın tez-tez səsləndirdiyi şübhələri tamamilə əsassız hesab edilə bilməz”.

Çingiz Qənizadə hesab edir ki, Paşinyan üçün təhlükə onların böhran vəziyyətində hansı tərəfi seçəcəklərindən asılıdır: “Əgər keçmiş hakimiyyətlə bağlı kadrlar yalnız peşəkar dövlət qulluqçularıdırsa, bu, ciddi problem deyil. Amma onların bir hissəsi siyasi, maliyyə və şəxsi əlaqələr əsasında koordinasiya olunmuş şəbəkəyə çevrilərsə, o zaman Paşinyan hakimiyyəti üçün gözlənilməz və ciddi təhlükəsizlik problemi yarana bilər. Yüksək rütbəli zabitlər, xüsusi xidmət orqanlarının rəhbərliyində olmuş şəxslər, keçmiş siyasi elita ilə ailə, biznes və ya şəxsi münasibətləri olan kadrlar ayrıca kateqoriyadır. Belə şəxslərin mövcudluğu siyasi hakimiyyət üçün daha həssas məsələdir. Yəni müəyyən vəzifəli şəxslər formal olaraq Paşinyan hökumətinə tabe ola, lakin siyasi baxımdan keçmiş hakimiyyətlə daha yaxın münasibətlər saxlaya bilərlər. Belə vəziyyət xüsusilə böhran anlarında özünü göstərə bilər”.

Etibar Seyidağa,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR