Onlayn ictimai-siyasi qəzet
Azərbaycana səfər edən Türkiyə vətəndaşının taksidə yaşadığı maraqlı hadisə sosial şəbəkələrdə gündəm olub.
Türkiyəli turistin iddiasına görə, taksi sifariş etdikdən sonra sürücü özünü yorğun hiss etdiyini və avtomobili idarə edə bilməyəcəyini deyib. Daha sonra isə sükanı sərnişinə həvalə edib.
Paylaşılan videoda türk turistin avtomobili idarə etdiyi, sürücünün isə ön oturacaqda yatdığı görünür.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və müxtəlif reaksiyalara səbəb olub.|NOCOMMENT.az
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ