İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı–Sumqayıt qatarının hərəkətində problem yarandı, sərnişinlər yolda qaldı – FOTOLAR

Bakı–Sumqayıt–Bakı marşrutu üzrə hərəkət edən Abşeron dairəvi dəmir yolu xəttində növbəti dəfə hərəkətdə problem yaranıb.

Musavat.com xəbər verir ki, texniki nasazlıq güclü yağış yağması ilə əlaqədardır.

Güclü yağış nəticəsində Məhəmmədi stansiyası yaxınlığında dəmir yolu xətlərini su basıb. Problem xüsusilə Pirşağı istiqamətindən keçən sürət qatarlarının hərəkətində yaşanır. Səhər saatlarından etibarən qatarların cədvəl üzrə intervalı pozulub, stansiyalarda böyük sıxlıq yaranıb.

Sərnişinlərin verdiyi məlumata görə, qatarlar stansiyalara daxil olsa da, hərəkəti dayandırıb.

Sərnişinlərə hər iki istiqamətdə hərəkətin dayandırıldığı elan olunub və alternativ nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə olunub.

E. Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR