İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail-Livan danışıqlarının yeni raundunun vaxtı və yeri açıqlandı

Livan və İsraildən olan nümayəndə heyətləri 15-16 sentyabr tarixlərində Romada sülh danışıqlarının səkkizinci raundunu keçirəcəklər.

Musavat.com xəbər verir ki, məlumatı "Əl-Cəzirə" diplomatik mənbələrə istinadən yayıb.

Bildirilir ki, tərəflər Livan ordusunun nəzarəti altında olan cənub bölgələrində yeni "pilot zonalar"ın yaradılmasını müzakirə edəcəklər.

Qeyd edək ki, İsraillə Livan arasında əvvəlki danışıqlar raundu 4-6 avqust tarixlərində baş tutub, lakin danışıqlar Livanın Hizbullah-ın silahlı təxribatı səbəbindən dayandırılıb.

4 sentyabrda İsrail beş nəfərlik bir qrupu əsirlikdən azad etməklə xoşməramlılıq jesti edib və bu, ikitərəfli əlaqələrin bərpasına kömək edib.

Baş nazir Nəvaf Salamın dediyinə görə, Livan hökuməti "İsrail qoşunlarının ölkənin hər yerindən tamamilə çıxarılmasına və əhalinin cənuba təhlükəsiz qayıtmasına nail olmaq" üçün danışıqlar prosesini davam etdirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR