İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanat faciəsində həyatını itirən Coşqun tanınmış baş həkimin bacısı oğlu imiş

”Şəki Yaylası” İstirahət Mərkəzində kanatdan yıxılaraq ölən Coşqun Məmmədov tanınmış həkimin bacısı oğludur.

Qax rayon Zərnə kənd sakini Coşqun Ceyhun oğlu Məmmədovun dayısı İftixar Saadov Qax rayon Süskənd kənd ərazisində yerləşən “Şəfa Pansionatı”nın baş həkimidir. İftixar Saadov uzun illərdir həmin müəssisəyə rəhbərlik edir.

Qeyd edək ki, həyatını itirən Coşqun Məmmədov sentyabrın 6-da, hadisədən iki gün öncə otuz yaşını qeyd edib.

O, Zərnə kəndində doğulsa da ailəsi ilə birlikdə Bakı şəhərində yaşayıb və orada işləyib.

Bakıdan nişanlısı ilə Şəkiyə istirahət məqsədilə gəlibmiş.\\Shimal.News

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR